Bu məhsulları küçədə satanlar 80 manat cərimələnəcək – APA TV | EKSPERT Məhsəti Hüseynova BİLDİRDİ

0 Shares

Qida mütəxəssisi Məhsəti Hüseynova da müsahibəsində qeyd etdi ki, yüksək risk qrupuna aid olan bu məhsullar temperatur rejiminə əməl olunmaqla satılmalıdır. Əks halda həmin məhsulların tərkibində dəyişiklik baş verir ki, bu kimi məhsulları qəbul edən insanlarda zəhərlənmə, həzm sistemində pozulmalar baş verir.

Mövcud vəziyyət insanları narahat edir, sadecə bəziləri satışa çıxarılan məhsulun ucuz qiymətinə görə ucuz keyfiyyətini nəzərə almır və həmin məhsulu alır. 

Məhsəti Hüseynova deyir ki, bu kimi məhsulların monitorinqinə aidiyyatı qurumlar mütləq nəzarət etməlidir. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, bazarlarda əhalinin təhlükəsiz qida ilə təmin olunması istiqamətində nəzarət tədbirləri mütəmadi aparılır. 

Agentlik rəsminin sözlərinə görə, onların nəzarəti bazarları əhatə edir, yol kənarlarındakı satışlara görə isə həmin ərazilərin icra hakimiyyəti məsuliyyət daşıyır. Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirildi ki, yol kənarlarında aparılan satışlara polis nəzarət edir. Bu səbəbdən Daxili İşlər Nazirliyinə sorğu göndərdik. Cavab olaraq qeyd olundu ki, bəzi məhsulların səyyar satışı qadağandır.

Problemi araşdırdıq və müəyyən suallara cavab tapıldı. Daxili İşlər Nazirliyi bəzi ərzaq məhsullarının səyyar formada satışının qadağan olduğunu desə də, belə alver məntəqələri mövcuddur. Yəqin bəziləri 80 manat cərimə və müştərilərin sağlamlığına ziyan vurmaqdan qorxmur. Hələki cavabı tapılmayan sual da məhz onların qanunsuz fəaliyyəti ilə bağlıdır ki, nə vaxtacan???

  • Hüseynli Nərgiz