Bərəkətimiz niyə zibilxanalara atılır? – Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares

Çörək yeganə nemətdir ki, əlimizdən düşəndə ya da yerdə görəndə öpüb gözümüzün üstünə qoyuruq. 

Ancaq zibil qutularının kənarından asılan çörəkləri görəndə deməyə söz qalmır. 

Qida üzrə mütəxəssis Məhsəti Hüseynova lazım olduğundan çox çörək alınmasının israfa səbəb olduğunu bildirib.

 O bildirib ki, nəinki çörək bir çox qida məhsullarında israfa yol verilir. Bunun da əsas səbəblərindən biri istehlak edəcəyi qədər məhsulu almamalarıdır.

 Xüsusilədə çörək gündəlik istehlak olunan məhsuldur. Bu məhsulun saxlanma müddəti də növünə, tərkibinə görə 24 saatdan 72 saata qədərdir. Bir çox hallarda həmin çörəklərin hazırlanmasında  kimyəvi maddələrdən, mayalardan istifadə olunur ki, bu da müddətdən artıq qaldıqda insan sağlamlığına zərər verə bilər. 

Ətraflı olaraq videonu izləyin.

~ Abbaszadə Fidan