AzTrQTİB-Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İB
Birliyin məqsədi Azərbaycan və Türkiyə Respublikasında qida təhlükəsizliyi, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərlə mübarizə istiqamətində əməkdaşlıq qurmaq, bu əməkdaşlığın fonunda dövlət orqanları tərəfindən görülən işlərə, bu sahədə mövcud olan problemlərin həllinə daimi ictimai dəstək göstərmək və maarifləndirmə işini təşkil edərək ictimai nəzarət mexanizmini formalaşdırmaqdan ibarətdir.
2.2. Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
– Qida təhlükəsizliyinə dair Azərbaycan və Türkiyə arasında təcrübə mübadiləsi aparmaq, bu istiqamətdə maarifləndirmə işi ilə əlaqədar müxtəlif qurumların iştirakı ilə fikir mübadiləsi və müzakirələr aparmaq, təkliflər paketi, konsepsiya hazırlamaq və istifadə edilməsini əlaqədar təşkilatlara tövsiyyə etmək;
– Ölkə vətəndaşları, əsasən gənclər arasında sağlam həyat tərzinə dair tədbirlər həyata keçirmək;
– gənclərin sosial-iqtisadi inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək;
– sosial- iqtisadi rifah, sahibkarlığın inkişafı, ekologiya ilə bağlı gənclərin maarifləndirilməsinə kömək etmək;
– gənclərin sosial rifahının təmin edilməsi istiqamətində araşdırılmaların aparılmasına və layihələrin həyata keçirilməsinə dəstək vermək.