Azərbaycanda qida məhsulları üçün 33 yeni dövlət standartının qəbul olunması müzakirə edilib. Standartlar süfrə zeytunu, yeməklik zeytun yağı, buğda unu, meyvə-tərəvəz konservləri, şokolad və kərə yağı kimi məhsulları əhatə edir. İclas Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təşkil olunub və aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Eyni zamanda, Latviya Ticarət və Sənaye Palatasının direktoru Liqa Siçeva bildirir ki, Azərbaycan Baltik biznesi üçün Cənubi Qafqaza açılan qapıdır. Latviyanın startapları İT texnologiyaları, fintex, “deep tech” və yaşıl layihələr sahəsində fəaliyyət göstərir və Orta Dəhliz vasitəsilə ticarət imkanları genişlənir. Ticarət və Sənaye palataları birbaşa işgüzar əlaqələrin qurulmasında vacib rol oynayır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki,qeyd etdiyiniz məsələ ilə bağlı artıq 33 adda dövlət standartının qəbul olunması müzakirə olunub və bu müzakirələr avqust ayından davam edir:
“Burada zeytun yağları, süfrə zeytunu, buğda unu, meyvə-tərəvəz konservləri, şokoladlar, kərə yağı və hətta bir neçə növ makaron məhsulları üzrə standartlar yer alıb. Azərbaycan Dövlət Standartlaşdırma İnstitutunun ictimai müzakirələrində bu məsələlərə dair müvafiq çıxışlar edilib. Məsələn, süfrə zeytunu üzrə etiketlənmədə hansı məlumatların yer alması, konservləşdirilmiş məhsullarda istifadə olunan bəzi ifadələrin məsələn, “markalanma” yerinə “etiketlənmə”nin işlədilməsi kimi terminoloji dəyişikliklər zəruri sayılır. Bu kimi əlavələr həm qanunvericilikdə, həm də texniki sənədlərdə nəzərə alınmalıdır.
Məhsulların satışı zamanı yalnız qida təhlükəsizliyi yox, həm də keyfiyyət standartları əsas tutulmalıdır. Çünki saxlama müddəti uzun olan məhsullarda konservant və kimyəvi maddələrin çoxluğu onların keyfiyyətini azalda bilər.Orta dəhlizin açılması, yaşıl iqtisadiyyatla bağlı aparılan tədbirlər, ticarət imkanlarının genişlənməsi və ixrac potensialının artması Azərbaycanı Şərqlə Qərb arasında strateji nəqliyyat qovşağına çevirə bilər. Bu isə Avropa və Baltikyanı ölkələrə çıxış imkanlarını artırmaqla yanaşı, yerli məhsulların və xidmətlərin dünya bazarına inteqrasiyasını sürətləndirəcək. Əlverişli nəqliyyat infrastrukturunun formalaşması investisiya üçün əlverişli mühit yaradacaq. Keyfiyyət göstəriciləri, etiketlənmə, gigiyena və təhlükəsizlik normalarının qorunması isə məhsulların daha keyfiyyətli tanınmasına və rəqabət qabiliyyətinə töhfə verəcək.
Müasir texnologiyalar izlənəbilərlik sistemləri, QR və bar-kod texnologiyaları məhsulun istehsal prosesindən son istehlakçıya qədər izlənməsini təmin etməlidir. Bu isə saxta və keyfiyyətsiz məhsulların bazara çıxışının qarşısını alacaq. Yeni ticarət marşrutları ölkəyə əlavə gəlir gətirməklə yanaşı, turizmə və startap ekosisteminin inkişafına da töhfə verə bilər. COP28-də təqdim olunan gənclər startap layihələrinin qida sənayesində istifadəsi bunun bariz nümunəsidir”.
- Fidan Abbaszadə






