Azərbaycanda satışa çıxarılan xəstə at ətləri ilə bağlı ŞOK AÇIQLAMALAR

At əti
0 Shares

Əhaliyə mal əti adı ilə xəstə at əti satanlar yenidən fəallaşıblar. Xəbər verdiyimiz kimi, polis əməkdaşları tərəfindən istehlaka yararsız at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakı şəhərinə apararaq orada satmaq niyyətində olublar.

Məsələ ilə bağlı Medianews.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, at əti mal əti kimi zülal mənşəlidir, protein qaynağıdır:

“Əgər sağlam at ətidirsə , ciddi bir fəsad yaratmaz. Sadəcə, bizim regionda at əti yemək vərdişi olmadığına görə qida rasionumuzda at ətindən istifadə olunmur. Buna görə də at ətini qəbul etdikdə həzm sistemində ağırlaşmalar olur. Eyni zamanda, bu ət məhsulunu qəbul etdikdən sonra şişkinlik, köp bəzən də qarın boşluğunda ağrılar müşahidə olunur. Bu da sözügedən məhsulun ağır olması ilə əlaqələndirilir”.

Mütəxəssis hesab edir ki, mal ətini yerinə at əti satılırsa, xüsusi ilə həmin ət xəstədirsə, bu bir mənalı şəkildə yolverilməzdir:

“Çünki, xəstə heyvanın ətindən istifadə etdikdə heyvandan insana virus keçir. Nəticədə, insan həmin xəstəliyə yoluxur. İnsanlar xəstə heyvan ətindən qidalanan zaman həmin an öz mənfi təsirini görmür. “Brusellyoz” və bu kimi xəstəliklər var ki, onlar anında öz mənfi reaksiyasını göstərmir, illərlə insan orqanizmində yaşayır. Lakin immunitet aşağı düşdükdə və yaxud da gəncdirsə, gələcəkdə övlad sahibi olduqda bir sira problemlər ortaya çıxır və dünyaya gələn körpə xəstə doğulur. Ümumiyyətlə, bu kimi hallarla qarşılaşmamaq üçün mənşəyi bəlli olan yerlərdən məhsul almaq lazımdır. Eyni zamanda, kəsilən ətin baytar nəzarət sertifikatı və kəsim məntəqəsi sanitar- gigiyena normalarına uyğun şəkildə olmalıdır . Əgər mənşəyi bəlli olmayan yerdən ət alınacaqsa, bu artıq təhlükəli haldır. Gələcəkdə bir sıra fəsadlara yol aça bilər”.

Məhsəti Hüseyova qeyd edir ki, digər təəssüf doğuran bir məqam xəstə heyvan ətlərinin kafe, restoranlarda satılmasıdır:

“Xəstə heyvan ətləri bir neçə indiriqentdən ibarət olan yeməklərdə istifada edirlər. Belə ki, köhnəlmək üzrə olan belə ətlər qovurmalar, hamburger şəkilində insanlara təqdim edilir. Yəni, müxtəlif souslardan, qida boyasından, ədviyyatlardan istifadə edərək həmin ətin görünüşünü, dadını dəyişməyə çalışırlar. Bu kimi vasitələrə əl atsalar da həmin ətin tərkibində zərərli maddələr olduğu kimi qalır və insan orqanizmində fəsadlar yaradır. Bu səbəbdən kafe və restoranlara gedən zaman bildiyiniz, güvəndiyiniz yerə gedin.

Ümumiyyətlə, qarşıq yeməklərin sifariş etməsəz daha yaxşı olar. Çünki az qida emalına məruz qalmış qidalar sifariş etmək lazımdır. Ət məhsulları protein mənşəli olduğuna görə daha tez xarab olmağa meyillidir. Əgər , əti dəfələrlə soyuducuya qoyub təzədən donu açmağa qoysaq, bu zaman sağlam ət olsa, belə onun tərkibi dəyişir. Bu da insan orqanizmində bir sıra problemlərin yaranmasına gətirib çıxarır”.

Mehin Mehmanqızı