“Soyuducunun dondurucu hissəsini ətdən çörəyədək bir çox qidanın saxlanması üçün istifadə edirik. Lakin bəzi qidalar və içkilər var ki, onları qəti şəkildə dondurucudan uzaq tutmalıyıq. Gündəlik istifadə edəcəyimiz bəzi qidalar bu halda ya tərkibi dəyişir, bir çox vitaminləri ölür, orqanizm üçün mənfi təsir göstərir. Qidalar tam olaraq xarab olmasa da, bir çoxu qida dəyərini itirir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, qatığı dondurmağın sağlamlıq baxımından heç bir zərər yoxdur: “Hətta dondurmaq qatığın təkibindəki sağlam kulturalara da zərər vermir. Lakin donub əriyən qatı qatılığını itirir, dağılır.
Yumurtanı soyuducunun dondurucu hissəsinə qoyduqda qabığı genişlənməyə, çatlamağa başlayır və bakteriyalar içinə daxil olur. Bəzən qabıq qırılmadan qalır, sarısı və yumurta ağını qarışdırdıqda qatılıq əmələ gəlir. Bənzər halda souslar və şəkərli kremlər də yumurta ilə hazırlandığına görə dondurucudan çıxartdıqda möhkəm və rezin kimi ola bilir.
Baharatlar rəflərdə saxlanılmalıdır. Dondurucu baharatlar rəf ömrünü uzatmır, dad və aromasının dəyişməsinə səbəb olur”.
Asim Vəliyev sözlərinə belə davam edib: “Mürəbbə, şokolad kimi bəzi qidaları soyuducuda saxladığımız zaman orqanik təsirini itir. Şirniyyatları da soyuducuda çox saxladıqda həm dadını, həm də formasını itirməyə başlayır. Kofeni dondurucuda saxladığımız zaman nəmliyi artır, dadını itirməyə başlayır və daha sonra boyatlayır.
Ən çox istifadə etdiyimiz tərəvəzlərdən olan pomidor sürətlə yumşalmağa başlayır və bu halda bakteriyalar əmələ gəlir. Bu sağlamlıq baxımından təhlükəli ola bilər. Tərəvəzlərdən reyhan soyuducuya qoyulduqdan etibarən rəngini, dadını və qoxusunu dəyişməyə başlayır. Kartof da yavaş-yavaş çürüməyə başlayır, lakin dondurucuda olduğu üçün görünüşü dəyişmir və çürüdüyü hiss olunmur. Bəzi aşbazlar sarımsağın istifadə etmədiyimiz hissəsinin cücərməsinin qarşısını almaq üçün soyub dondurucuya qoymağı tövsiyə edir. Lakin dondurmaq sarımsağın dadının acılaşmasına səbəb olur.
Tropik meyvələrdən olan ananası da dondurucuda çox saxladıqda çürüməyə başlayır. Soyuducunun havası qarpıza da mənfi təsir göstərir və xarab olmağa başlayır. Çörək kimi bişmiş un məmulatları da soyuducuda qaldıqda təzəliyini itirir”.
Ayşən Vəli