25 yaşdan yuxarı olanların DİQQƏTİNƏ: Saat 19:00-dan sonra yemək olmaz! –Mütəxəssis Məhsəti Hüseynova AÇIQLADI:

0 Shares


“25 yaşa qədər olan insanlar gün ərzində 3 dəfə əsas yemək qəbul edə bilərlər”.

Bu sözləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, 25-30 yaşdan sonra gündə 2 dəfə əsas yemək qəbul etmək lazımdır:

“Biri səhər yeməyi olmalıdır, digəri isə 16:00-18:00 radələrində yeyilə bilər. Təbii ki, bu da hər bir insanın işinə və gündəlik həyat rejiminə görə dəyişir. Amma saat 19:00-a qədər günün son əsas yeməyini qəbul edilməlidir”.

Ekspert gün ərzində hansı qidaları qəbul etməyin daha faydalı olduğundan da danışıb:

“İnsanın gün ərzində qəbul etdiyi əsas qidalar arasında ət, balıq, toyuq ola bilər. Gün ərzində 3 dəfə əsas yemək qəbul edən insanlar isə günorta yeməyində ətə üstünlük versələr, axşam yeməyində daha yüngül, tez həzm olunan az kalorili qidalar qəbul etməlidirlər. 

Bu da artıq çəki almamaq üçün önəmlidir. Nəzərə almaq lazımdır ki, axşamlar maddələr mübadiləsi zəifləyir və fiziki aktivliyin müddəti azalır. Bu isə qəbul olunan kalorinin enerjiyə çevrilməməsinə gətirib çıxarır. Ona görə də axşam qəbul edəcəyimiz qidalara diqqət etməliyik”. 

Məhsəti Hüseynova vurğulayıb ki, gün ərzində kifayət qədər su içmək lazımdır:

“Gündəlik içiləcək su miqdarı bir orqanizm üçün hər kiloqram bədən çəkisinə görə 30 ML hesablanır. Lakin yatmadan 1 saat əvvələ qədər içib bitirmək lazımdır. 

Bundan başqa, günün birinci yarısında yeyilən tərkibində su olan şirin meyvələr gündəlik enerjili və gümrah olmağınızı təmin edəcək”. 

~ Abbaszadə Fidan